KANAL24.AZ
Az Iw En Ru

Sabiq nazir müavininin həbs müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara baxılıb.

TV24 xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatları təmin edilib və hər iki şəxsin həbs müddəti artırılıb.

 


01:44 04.12.2020
Xəbər lenti
Bütün xəbərlər