TV24 xəbər verir ki, Dövlət Himnini Azərbaycan hərbçiləri Dövlət bayrağı altında ifa ediblər.
Qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Azərbaycana qaytarılıb. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də işğaldan azad olunan Laçın rayonuna daxil olub və Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.