KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda 912 nəfər qidadan zəhərlənib

Ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Kanal24-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 28 botulizm hadisəsi nəticəsində 49 nəfər botulizmlə xəstələnib. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.


22:52 12.01.2016
Xəbər lenti
Bütün xəbərlər