KANAL24.AZ
Az Iw En Ru

Bakıda gənc metro kartına görə bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb.

Hadisə Yasamal rayonu ərazisində, metronun “İnşaatçılar” stansiyasının çıxışında baş verib. 

Belə ki, 1991-ci il təvəllüdlü Yusifov Ramin Ələddin oğlu metrodan çıxarkən tanımadığı orta yaşlı kişi (hələlik adı məlum deyil) ona yaxınlaşaraq metro kartının olub-olmadığını soruşub. R.Yusifov yox cavabı verəndə naməlum şəxs onu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları gəlib. R.Yusifovun izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.


17:42 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər