KANAL24.AZ
Az Iw En Ru

Tovuzda 39 yaşlı kişinin boğazı kəsildi

Tovuz rayonunda 39 yaşlı yerli sakinin boğazı kəsilib.

Hadisə axşam saatlarında mərkəzi bazarın yanında baş verib.

Rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Samir Məmməd oğlu hələki bilinməyən səbəblərdən boğazı bıçaqla kəsilmiş halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağırdır. Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır. 


05:35 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər