KANAL24.AZ
Az Iw En Ru

İki ölkə arasında əməkdaşlığın müsbət dinamikası artır

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin
8 may tarixində Bakıda rəsmi görüşü keçirilib. Görüş həm təkbətək, həm də geniş tərkibdə təşkil
olunub. Daha sonra hər iki ölkənin prezidentləri mərbuata bəyanatla çıxış ediblər.
Azərbaycan hər zaman qonşu və regiondan kənar yerləşən ölkələrlə sıx siyasi-iqtisadi
əlaqələrin fəal iştirakçısı olmuşdur. Bolqarıstan dövləti ilə də təşkil olunmuş əlaqələr də bunun
nümunəsidir.Bu görüşdə əsas məqsəd mövcud olan strateji tərəfdaşlığın daha da gücləndirilməsidir.
Bu tərəfdaşlığın təməli 2015-ci ildə qoyulmuşdur. Bu müddət ərzində bir çox mühüm layihələrin
təşkilində birgə fəaliyyət göstərilib. Bu gün isə bu illər ərzində olan əlaqələrin ən yüksək səviyyəsi baş
tutub.
Bildiyimiz kimi Prezidentlər ötən il bir neçə dəfə mühüm layihələrin açılışında birgə iştirak
ediblər. Eləcə də onlar Bolqarıstan-Serbiya sərhədində qaz interkonnektorunun açılışında iştirak
ediblər. Bu çox önəmli layihələrdən biri idi. Enerji sektorundakı əməkdaşlıq, ümumiyyətlə, iki ölkə
arasındakı ticarət dövriyyəsinin artımında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin mətbuata
çıxışında da dediyi kimi: “Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana
ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql
edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim
hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı
Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir”. Yəni,
bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini
Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Və bu gün bu görüş hər sahədə tərəfdaşlığın daha inkişafına yönəlmiş addımdır.
Hazırda Azərbaycan baş verən hadisələrə baxmayaraq, Avropaya qaz ixracında mühüm rol oynayır.
Təbii ki, bu da Avropanın qaza olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bu ölkəmiz üçün
mühüm olduğu kimi Avropa üçün də fayda verəcək tərəfdaşlıqdır. Bu tərəfdaşlıq ildən-ilə artan sürətlə
davam edir. Prezidentin də bildirdiyi kimi, bu gün Bolqarıstan vasitəsilə müxtəlif ölkələrə qaz ixracının
həyata keçirilməsi davam edir, bu da Bolqarıstanın mühüm tranzit ölkəsinə çevrilməsində mühüm rol
oynayır.
Prezidentlər mətbuata bəyanatla çıxışları zamanı yaşıl enerji kabeli layihəsi haqqında da
məlumat vermişlər. Prezident İlham Əliyev: “Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz
təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət
qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq.
Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm”.
Məlum olduğu kimi ölkəmizdə keçiriləcək COP29 konfransı zamanı əsas diqqət yaşıl enerji
layihəsinə yönəlmişdir. Hazırda bu layihə ilə bağlı mühüm müzakirələr, tədqiqatlar aparılır və əsas
məsələ qlobal səviyyədə bu layihənin reallaşdırılmasını təmin etməkdir. Bu səbəbdən də, bu
konfransın təşkili mühüm töhfə verəcəkdir.
Yaşıl enerji layihəsi qədər mühüm olan digər bir məsələ nəqliyyat sahəsidir. Burada Şərq-Qərb
istiqamətində olan daşınacaq yüklərin daha təhlükəsiz və daha böyük həcmdə yüklərin daşınmasını
təmin etməkdir. Bu da təbii ki, hər bir ölkəyə iqtisadi baxımdan mühüm töhfə verəcəkdir. Eyni
zamanda Prezident İlham Əliyevin də məlumat verdiyi Bakı-Tibilisi-Qars dəmir yol xəttinin
modernləşdirilməsidir. Bu da Orta Dəhlizin mühüm seqmenti kimi mühüm rol oynayacaqdır.
Beləliklə, Azərbaycan və Bolqarıstan arasında tərəfdaşlığın əlaməti olaraq bir sıra sahələrdə
mühüm sənədlər imzalandı. Bu sənədlərdən ən mühümü “Azərbaycan Respublikası ilə Bolqarıstan
Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” və texnoloji,
neft və hava nəqliyyatı sahəsində mühüm əməkdaşlıqların həyata keçirilməsi haqqında imzalanan
sənədlər reallaşdırılması əhəmiyyət kəsb edən layihələrdir.
Təbii ki, bəyanat zamanı imzalanan sənədlər, müzakirə edilən mövzular, prezidentlərin çıxışları
iki ölkə arasında strateji əməkdaşlığın güclənməsi və iki ölkənin bir-birinə olan etimadın, güvənin
göstəricisidir.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru


08:04 10.05.2024
Xəbər lenti
Bütün xəbərlər