KANAL24.AZ
Az Iw En Ru

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan
xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir
yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10
noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu
işğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təmin
etdi. Bu 44 gün ərzində Prezident İlham Əliyevin səsinə səs verən Azərbaycan xalqı 30
ilə yaxın müddətdə torpaqlarımızı işğal altıdna saxlayan Ermənistanı sözün həqiqi
mənasıdna tar-mar edərək ona öz yerini göstərdi. Azərbaycan dövləti, Azərbaycan
xalqı, Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, o, özünü, öz sərhədlərini, ərazi
bütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdura
bilməz.
27 sentyabr həm də Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il
sərəncamı ilə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd ediləcək. 27 sentyabrın
Anım Günü kimi qərarlaşması hər şeydən öncə prezidentimizin, dövlətimizin, xalqımızın
şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna
sonsuz sevgi və ehtiramının təzahürüdür. Bu, həm də xalqımızın qəhrəmanlığının
əbədiləşdiyi, onun öz dövləti, öz torpağı, öz bayrağı uğrunda canından keçməyə daim
hazır olduğunun təsdiqi və təsbiti günüdür. Məhz 27 sentyabr tarixində minlərlə
Azərbaycan övladı vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılmış, öz
qəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazmışdı. Heç şübhəsiz ki, illər, əsrlər
sonra da Azərbaycan ordusunun bu böyük qalibiyyəti, bu misilsiz zəfəri tarixin
yaddaşında yaşayacaq və xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək.
Ölkə başçısı cənab İlham Əliyev bütün çıxışlarında şəhidlərimizi ehtiramla yad edir, bu
tarixi zəfərə görə onlara minnətdar olduğumuzu vurğulayır. Məhz Prezident İlham
Əliyevin göstərişi və tövsiyyələri əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində
əbədiləşdirilməkdə, onların adı müxtəlif küçə və məktəblərə verilməkdədir. Müharibə
qəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yolu
haqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizin
şəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir. Bəzi rayonlarda Qəhrəmanlar
Parkının yaradılması da şəhidlərimizin ölümsüz xatirəsinin yaşadılmasına, habelə
onların təbliğinə xidmət edir.
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi
qəhrəmanlıqlar, ortaya qoyduğu əzm və cəsarət, eyni zamanda hərbi səriştə bütün
dünyanın heyrətinə səbəb oldu. Hansı ki, dünyanın hərbi baxımdan ən inkişaf etmiş
dövlətləri, o cümlədən ABŞ başda olmaqla bir sıra NATO dövlətləri Azərbaycan
ordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə, onun bu müharibədə
sərgilədiyi nailiyyətləri hərbi-elmi baxımdan təhlil etməkdədirlər. Dünyanın ən məşhur
hərbi ekspertləri, o cümlədən hərbi institutları etiraf edir ki, Vətən müharibəsində
Azərbaycan hərbçilərinin sərgilədiyi taktika, əməli müstəvidə dəqiqliklə reallaşdırlan
ildırımsürətli müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdə
uğurlu hərbi əməliyyatlar keçirmək bacarığı müasir dünya hərbi üçün ciddi yenilikdir. Bu,
Azərbayca ordusunun gücünün, Azərbaycan hərbçilərinin yenilməzliyinin etirafıdır.
Bu baxımdan, 27 sentyabr Anım Günü ilə bağlı Sərəncam şəhidlərimizə,
qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymətdir.
Solmaz Səmədova,
Sabirabad RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi


08:38 27.09.2024