KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə çıxışını gələcək fəaliyyət üçün mükəmməl yol proqramı adlandırmaq olar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 23-də Milli
Məclisdəki çıxışını gələcək fəaliyyət üçün mükəmməl yol proqramı adlandırmaq olar. Çünki bu
çıxış reallıqları əks etdirməklə bu günün və gələcəyin tələblərini özündə ehtiva edir. Cənab
Prezidentin çıxışına müdafiə qüdrətimizin möhkəmlənməsindən başlaması təsadüfi deyil.
Çünki otuz il işğal altında qalan torpaqlarımızın taleyi 44 günlük müharibədə qazandığımız
tarixi qələbə, 23 saatlıq antiterror tədbirləri zamanı düşmənin başının əzilməsi və
separatçıların Azərbaycan torpaqlarından ayağının kəsilməsi bu qənaətə gəlməyə imkan
verir. Ölkə başçısı bir daha xatırlatdı ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi qarşıda
duran əsas vəzifələrdəndir. Bunun üçün büdcədən kifayət qədər maliyyə vəsaiti ayrılır,
bundan sonra da sözügedən sahə daimi diqqət mərkəzində olmalıdır. Çünki güc olmadan,
güclü ordu yaradılmadan, müdafiə təşkil edilmədən ölkənin suverenliyini qorumaq,
müstəqilliyini təmin etmək mümkün deyil.
Dövlət rəhbərinin gəldiyi qənaət odur ki, biz məhz müdafiə qüdrətini artırmaqla,
birliyimizi təmin etməklə, güclü ordu yaratmaqla tarixi qələbəni təmin etmiş olduq. Bu günün
reallığıdır. Əlbəttə ki, otuz il işğal altında qalan torpaqlarda güclü istehkamlar yaratmış erməni
faşistlərinə qalib gəlmək üçün mütləq güclü ordu lazım idi. Ölkə rəhbərinin uzun illər bu
sahəyə yönəltdiyi qayğı və diqqət son nəticədə özünü aydın göstərdi. Dövlət başçısının
müdafiə qüdrətinin möhkəmləndirilməsi ilə əlaqədar söylədiyi fikirlər və bundan sonra da bu
sahəyə diqqətin ayrılması ilə əlaqədar verdiyi mesajlar dünyaya çağırışdır. Eyni zamanda
Azərbaycana qarşı yönəldilmiş məkrli niyyətlərin qarşısının alınmasına cavabdır.
Dövlət başçısı öz çıxışında bildirdi ki, biz qalib olmağımıza baxmayaraq, hər zaman
sülhün tərəfdarıyıq və Ermənistanla sülh müqaviləsinin bağlanmasının təşəbbüskarı məhz
bizik. Ancaq təəssüflər olsun ki, Ermənistan çağırışlarımıza hələ də konkret cavab vermir.
Onlar xarici havadarlarına arxalanaraq, Qərbdən, Avropa ölkələrindən silah almaqla özlərinin
ordusunu yenidən qurmağa çalışır və sülhü ləngidirlər. Bu yolverilməzdir və Ermənistanı
silahlandıranlar bir daha 44 günlük müharibənin, 23 saat davam edən antiterror tədbirlərinin
nəticələrindən lazımi dərs almalıdırlar. Müharibə Azərbaycanın birliyini, xalqın mübarizliyini bir
daha ortaya qoymuş oldu. Ölkə rəhbərliyi sayəsində qazanılmış tarixi qələbə dünyaya
göstərdi ki, Azərbaycan xalqı mübariz xalqdır, ordumuz güclüdür, vətəndaşlarımız birdir və öz
torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.
Cənab Prezident ordunun möhkəmlənməsində, inkişafımızın təmin edilməsində hər bir
vətəndaşın roluna yüksək qiymət verərək bildirdi ki, biz Vətən üçün vətənpərvər, cəsarətli,
mətin insanlar yetişdirməliyik. Hər bir şəxs bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır.
Bu sözləri ölkə rəhbəri Qarabağ Universitetindəki çıxışında da bir neçə dəfə xatırlatmışdı.
Dövlət başçısı bildirmişdi ki, biz milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirməklə
ölkəmizin inkişafını təmin etmiş olarıq. Bugünkü gənclər bizim qələbələrdən dərs çıxarmalı,
onlar xarici təsirlərə uymamalıdırlar. Belə olan halda təbii ki, yeni uğurlara imza atmaq
mümkün olar.
Prezidentimiz öz çıxışında iqtisadi inkişafa da diqqət yetirməklə bildirdi ki, Azərbaycan
iqtisadiyyatı son illər özünün sürətli inkişaf yolundadır. Bütün sahələrdə yaxşı nəticələr əldə
edilib. Əldə olunmuş nəticələr büdcə gəlirlərinin artırılması, istehsalın sürətinin təmin edilməsi
bilavasitə sosial məsələlərin həllinə, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə,
insanların rifahının yaxşılaşdırılmasına yönəldilib.
Bu gün qarşıda duran ən başlışaca vəzifələrdən biri də işğaldan azad olunmuş
ərazilərdə təmir-bərpa işlərinin sürətləndirilməsidir. Ölkə rəhbəri əyani faktlara misal gətirərək
bildirdi ki, son illər ərazilərdə bərpa-quruculuq işlərinə 19 milyard manatdan çox vəsait sərf
edilib. Ancaq bundan sonra da görülən işlər sürətləndirilməlidir. Yeni yollar çəkilməli, tunellər
qazılmalı, abadlıq və tikinti işləri sürətli formada həyata keçirilməlidir.
Ölkə rəhbəri Ermənistanın bugünkü vəziyyətinə də diqqəti cəlb etmiş, aydın mesajlar
vermişdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistanı silahlandıranlar gələcək nəticələr
üçün məsuliyyət daşıyırlar. Azərbaycan heç bir ölkənin təsirinə məruz qala bilməz. Ancaq bu

gün Ermənistanın silahlandırılması, orada xarici ölkələrdən gətirilən insanların təlim keçmələri
heç bir nəticə verməyəcək. Bu əslində sülhün bağlanmasına bir maneədir. Əlbəttə ki, bu
maneəyə səbəb olanlar Ermənistanı silahlanmağa cəlb edənlər gələcəkdə bu məsələlər,
törədilmiş faciələr haqqında mütləq cavab verməlidirlər.
Azərbaycan Prezidenti çıxışı zamanı nəinki deputatların, ölkənin inkişafı, gələcəyi üçün
hər bir vətəndaşın qarşısında duran vəzifələrin aydın proqramını göstərmiş oldu. Bu çıxış və
ölkə rəhbərinin fikirləri hər birimiz üçün fəaliyyət proqramı olmalıdır. Biz qürur duymalıyıq ki,
ölkə rəhbərinin də dediyi kimi bu gün ölkənin tam suverenlik qazandığı gündə, bayramlarımızı
sevinclə qeyd etdiyimiz vaxtda yaşayırıq. Sözsüz ki, gələcək uğurlarımızın təmin olunması hər
bir vətəndaşın fəaliyyət, məsuliyyət, vətənpərvərliyi, öz işinə, torpağa, xalqa sədaqətindən
asılıdır. Cənab Prezident İlham Əliyevin söylədikləri məhz ali məqsədlərə xidmət etmək,
gələcək uğurlara daxil olmaq, Azərbaycanı ucaltmaq və tanıtmaqdır.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri


07:44 27.09.2024