KANAL24.AZ
Az Iw En Ru

İnkişaf edən tərəfdaşlıq

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli münasibəti var. Bu
münasibətlər həm siyasi, həm də iqtisadi, mədəni əlaqələri əhatə edir. Belə əlaqələr türkdilli
dövlətlərlə daha sıxdır. Azərbaycanla Qazaxıstan arasında siyasi münasibətlər etibarlı
əməkdaşlığa əsaslanır və dinamikliyi ilə xarakterikdir. Son iki ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanda dörd dəfə, Qazaxıstan
Respublikasının Prezidenti Azərbaycanda üç dəfə səfərdə olub. Bu fakt ikitərəfli əlaqələrin
 qarşılıqlı inam, etimad əsasında davam etdiyinin təsdiqidir.
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş
görüşdə qonaq qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də
iştirak etdı. Bu iştirak üzv dövlətlərin Azərbaycana etimadının göstəricisi kimi tarixləşdi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi. Bu
çıxış tədbirin mahiyyəti ilə səsləşməklə bərabər, Azərbaycanın belə bir mötəbər görüşə hansı
səviyyədə münasibəti olduğunun göstəricisi hesab edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki,
2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində
suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu.
Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il
kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Bu
gerçəklikləri iştirakçı dövlətlərin dünyanın nizamı baxımından qiymətləndirəcəkləri 
şübhəsizdir.
Dövlətlərarası beynəlxalq tədbirlərdə hər çıxış, müəyyən mənada, bu və ya digər
dövlətin xarici siyasətinin konturlarınnın göstəricisi olur.  Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin iyulun 4-də Astanada çıxışı da bu baxımdan diqqəti çəkdi:
“Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə
Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü
möhkəmləndirdi. Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə
Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının
əsasını qoydu”.
Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş
dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malik olacaq. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin çıxışı bu əhəmiyyətin istiqamətlərinin müəyyənləşdirilməsində
ciddi siyasi arqumentlərdəndir.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


09:03 06.07.2024