KANAL24.AZ
Az Iw En Ru

3 oktyabr 1993-cü il tarixi qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir dövlətçiliyimizin
formalaşmasında və inkişafında xidmətləri əvəzsizdir. Siyasi vəziyyətin gərgin və çıxılmaz məqamında
o, öz zəngin təcrübəsi, qətiyyətli  qərarları ilə ölkəni həmin çətinlikdən qurtardı.
Məlumdur ki, Heydər Əliyev fəaliyyəti boyu uğurlu, prinsipial mövqe sayəsində müxtəlif siyasi
vəzifələrdə çalışmışdır. 1987-ci ildə o, idarəçiliyin mövqeyinə, xüsusən, Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu
vəzifələrdən özü istefa vermişdir. Bundan sonra o, bir müddət siyasi işlərdən uzaqlaşmışdır. Lakin
Azərbaycanda yaranmış siyasi gərginliyə biganə qalmayaraq o, yenidən siyasi fəaliyyətini davam
etdirmişdir.
1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə sovet qoşunu Bakıda küçələrdə silahsız
insanlara qarşı qanlı faciə törətdi. Ulu Öndər Heydər Əliyev baş verənlərə biganə qalmayaraq yanvar
ayının 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində Azərbaycan xalqına qarşı törədilmiş
cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbilə bəyanatla çıxış etmişdir. Müdrik
siyasətçi ölkədəki gərginlik, Qarabağda ermənilərin yaratdığı münaqişəni keçmiş SSRİ rəhbərliyinin
yarıtmaz siyasəti kimi qiymətləndirirdi. Buna etiraz əlaməti olaraq isə o, 1991-ci ilin iyulunda Sovet
İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Ulu Öndər Heydər Əliyev 1990-cı il iyul ayının 20-
də Moskvadan Bakıya qayıdaraq iki gün sonra Naxçıvana yola düşdü. Elə həmin ildə Azərbaycan SSR
xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi.
Ölkənin çətin zamanlarında öz təcrübəsilə onu dirçəltməyə çalışan Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin sədri və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini seçildi. O, bu vəzifədə 1993-cü ilə kimi çalışıb.
1993-cü ilin may-iyun aylarında ölkədə gərginlik artdı. Bu qarışıqlıq xalqı qarşı-qarşıya qoyaraq
vətəndaş müharibəsinə gətirib çıxarırdı. Müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Melə məqamda
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsinə arxalanaraq onun hakimiyyətə
gətirilməsi tələbini irəli sürdü. Bu tələbin qarşısında çarəsiz qalan ölkənin o dövrkü rəhbərliyi onu
Bakıya dəvət etməyə məcbur oldu. Bakıya gələn Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun ayının 24-dən isə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 
1993-cü il oktyabr ayının 3-də isə ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin tarixi hadisə ölkədəki qarışıqlığa son qoymağın
və bu günkü çiçəklənən Azərbaycanın təməli olmuşdur.     
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


21:01 02.10.2024