Dağıstanda naməlum şəxslər Xasavyurt rayonunun Kuruş kənd məscidinin imamını güllələyiblər. TASS-ın verdiyi məlumata görə, hadisə imamın namazdan qayıdarkən səhər saatlarında baş verib.
Məhhəməd Xidirov adlı imamın öldürülməsinin təfərrüatları, eləcə də naməlum şəxslərin kimliyi müəyyənləşdirilir.