KANAL24.AZ
Az Iw En Ru

"Napoli"də yeni müqavilə

"Napoli" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Lorentso İnsinye ilə yeni müqavilə bağlayıb. 

Məlumatı Neapol klubu rəsmən təsdiqləyib.
 
Razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilə qədər hazırkı komandasında çıxış edəcək. Sözləşmənin maliyyə detalları açıqlanmayıb.
 
Qeyd edək ki, "Napoli"nin yetirməsi olan İnsinye 2009-cu ildən əsas komandanın üzvüdür. O, 2012-ci ildən dəvət aldığı İtaliya yığmasında 14 oyunda 2 qola imza atıb.


23:03 22.04.2017
Xəbər lenti
Bütün xəbərlər