KANAL24.AZ
Az Iw En Ru

Başqa qadına ana demək olarmı?

Siz hər bir yaşlı qadına ehtiram və hörmət edərək ana kimi baxa bilərsiniz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Ki­çiyimizə rəhm etməyən və böyüyümüzə hörmət göstərməyən kimsə biz­dən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad" 356). Həmçinin, yaxın bildiyiniz adama hörmət məqsədilə ana deməkdə problem yoxdur.

Kanal24.az  zikr.az-a istinadən bildirir ki, uca Allah buyurur: "Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...". (əl-Əhzab, 5). Qadağan olunan isə övladlığa götürülən uşağın başqa qadını ana bilib ona ana deməkdir. Həmçinin, doğma ananın qəbr əzabı çəkməsinin bununla əlaqəsi yoxdur.


06:57 09.04.2017