KANAL24.AZ
Az Iw En Ru

Ağzı açıq yatanların diqqətinə

Gecə ağzı açıq yatmaq diş çürüklərinə səbəb olur
 
Sağlamlıq ağızda başlayar. Ağızdakı bir çürük diş insanda ürək, böyrək və oynaqlarla bağlı bir çox narahatlıqları ortaya çıxara bilər.
Dişlərin çürüməsində isə üç əsas amil var: bakteriya yığını, karbohidratlı qidalar və bədənsəl təsirlər.
 
Yeməkdən sonra dişlərin üzərində bir şeylər yığılır və diş daşlarına dönüşərək dişləri çürüdür.
 
Şəkər, kafein və şokolad dişlərin çürüməsinə səbəb olan əsas qidalardır. Dişlər içdən içə çürüdüyündən ilk əvvəl fərqinə varılmaz. Sadəcə gecələr meydana gələn diş ağrılarında ya çox isti, ya çox soyuq su içdiyimizdə sızıltıdan dişlərimizin çürüdüyünü anlayırıq.
 
Uşaqlıq dövründən qida vərdişlərini dəyişdirmək lazımdır. Şokolad, kola və asitli içkilərdən uzaq durulmalıdır. Siqaret istifadə etməyin.
 
İki yaşdan böyük uşaqlara əmzik verilməməlidir. Ağzı açıq yatmaq da dişlərdə çürüməyə səbəb olur.

05:14 23.02.2017