KANAL24.AZ
Az Iw En Ru

Vasif Talıbov sabah vitse-prezident elan ediləcək - İDDİA

Sabaha, 23 fevrala Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çağırılıb.

Bu barədə Naxçıvan MR-in rəsmi mətbu orqanı "Şərq Qapısı" qəzeti xəbər yayıb. Xəbərə görə, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi məsələsi də daxildir.

Saytın iddiasına görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır. Bildirilir ki, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib.

Zəruri olaraq xatırladırıq ki, vitse-prezident vəzifəsi elan edilmir, Prezidentin sərəncamı ilə təyin edilir.


04:14 23.02.2017