KANAL24.AZ
Az Iw En Ru

Yanvarın 12-də AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisdə olublar

Yanvarın 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisdə olublar.

Həmməruzəçilər Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşüblər. Bahar Muradova bildirib ki, Azərbaycan AŞPA-nın bərabərhüquqlu üzvü kimi üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirməyə çalışıb və onun tövsiyələrinə diqqətlə yanaşıb.

Azərbaycan AŞPA ilə əməkdaşlığa üstünlük verir, insan hüquqları, demokratik cəmiyyət quruculuğu, vətəndaş rifahının əldə olunması üçün atılan addımları yüksək qiymətləndirir. Azərbaycanla bağlı məsələlərin AŞPA-da çox müzakirə olunduğunu deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, artıq münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. O vurğulayıb ki, ölkəmiz etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarını qorumaq üçün konstitusional islahatlar həyata keçirir.

Bahar Muradova insan hüquqlarının qorunması, mətbuat azadlığının təmini, vətəndaşlara xidmət sektorunun inkişaf etdirilməsi, korrupsiya ilə mübarizə istiqamətində atılan addımların önəmini qeyd edib. Ölkəmizdə keçirilən referendumun bu məsələlərin hüquqi müstəvidə daha rahat tənzimlənməsi üçün çox mühüm rol oynadığını söyləyib. O qeyd edib ki, Azərbaycan malik olduğu bütün resursların təkcə ölkəmizin yox, həm regionun, həm də üzvü olduğumuz beynəlxalq təşkilatların daha geniş çərçivədə problemlərinin həlli üçün istifadəsində maraqlıdır və bu istiqamətdə töhfə verən dövlət olduğunu sübut edib.

Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” kimi yadda qaldığını deyən Milli Məclis sədrinin müavini bildirib ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olub. Bu iki ifadə Azərbaycanın dünyada gedən proseslərdə iştirakına aydınlıq gətirir. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak səfərin məqsədindən danışıb. O, yola saldığımız ildə Azərbaycanda mühüm irəliləyişlərin baş verdiyini söyləyib.


21:29 13.01.2017
Xəbər lenti
Bütün xəbərlər