KANAL24.AZ
Az Iw En Ru

Sarkozi uduzdu

Sabiq prezident Nikolya Sarkozi Fransada sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirdikləri ilkin seçkilərdə məğlub olub.N.Sarkozi artıq məğlubiyyətini etiraf edib. Sarkozi seçkilərin ikinci turunda Fransua Fiyonun namizədliyini dəstəkləyəcəyini bəyan edib.

İkinci tura Bordo şəhərinin meri Alen Jüpe və sabiq baş nazir Fransua Fiyon adlayıb.

Seçkilərin ilkin nəticələrinə əsasən, F. Fiyon 43,6%, A.Jüpe - 26,7%, N.Sarkozi isə 22,9% səs toplayıb.

Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.


16:20 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər