KANAL24.AZ
Az Iw En Ru

Yığmamız Rusiyaya qalib gəldi

   17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

   Komandamız təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşıb.

   Bakı Olimpiya stadionunda keçirilən oyun millimizin qələbəsi ilə yekunlaşıb. Mətin Gülərin vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb - 1:0.     Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə uduzub.

 

 


02:55 26.02.2016
Xəbər lenti
Bütün xəbərlər