KANAL24.AZ
Az Iw En Ru

Mübariz İbrahimovun xatirəsi anıldı

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirib ki, Mübariz İbrahimov torpaqlarımızın müdafiəsi zamanı həyatından keçib, şərəfli Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub.

Rektor vurğulayıb ki, 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub gedib.

Tədbirdə çıxış edənlər də cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu vurğulayıblar.


23:24 06.02.2016
Xəbər lenti
Bütün xəbərlər