KANAL24.AZ
Az Iw En Ru

Azərin Kocaelidən səsləndi: Bu barədə çox danışılacaq

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan zəfər qazandı.

TV24 xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, türk dünyasının sevimli müğənnisi Azərin Kocaeli Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.

O bildirib ki, qazanılan zəfər həm Azərbaycanın, həm də Türkiyənindir:

“Çünki Türkiyənin verdiyi mənəvi dəstək Azərbaycan xalqı və Ordusu üçün çox əhəmiyyətli idi. Əldə olunan qələbə haqqında çox danışılacaq və tarixə qızıl hərflərlə həm Azərbaycan, həm də Türkiyə adına yazılacaq. Biz hər zaman bir olacağıq”.


04:02 15.11.2020
Xəbər lenti
Bütün xəbərlər