"Şimal-Cənub" dəhlizi layihəsinin realizəsi müxtəlif marşrutlar üzrə yüklərin daşınmasında vaxta 2-3 dəfə qənaət etməyə imkan verəcək.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" mövzusunda forumda deyib.