KANAL24.AZ
Az Iw En Ru

Səfir: Azərbaycan ilə NATO arasında tərəfdaşlıq strateji əhəmiyyət daşıyır

Azərbaycan ilə NATO arasında əməkdaşlıq uğurla inkişaf edir. Bunu Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi Kristian Çiobanu jurnalistlərə açıqlamasında deyib.

Səfir Azərbaycan ilə NATO arasında tərəfdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu ilin iyul ayında Varşavada NATO-nun sammiti baş tutacaq və ümid edirik ki, Azərbaycan sammitdə yüksək səviyədə təmsil olunacaq”.

Qeyd edək ki, NATO-nun Varşavadakı sammiti bu il iyulun 8-9-da baş tutacaq.


17:27 11.01.2016
Xəbər lenti
Bütün xəbərlər