KANAL24.AZ
Az Iw En Ru

Gürcüstan və Azərbaycan dünyada tolerantlıq nümunəsidir

Gürcüstan və Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyada tolerant ölkələr kimi tanınırlar. Bizim ölkələrimiz dünya üçün əsl tolerantlıq nümunəsidir.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan parlamentində çoxluq fraksiyasının lideri Zviad Kvaçantridze söyləyib.

Z.Kvaçantridze deyib: “Bu gün ölkələrimizin tolerantlığı nə qədər möhkəm olsa da, ağrılı problemlərimiz də var. Gürcüstanın və Azərbaycanın torpaqları işğal olunub. Bu da indiki və gələcək nəsillər üçün ciddi problemdir. Cənubi Qafqazın bütün dövlətlərinin rəhbərləri, siyasi dairələri xalqlarımızın rifahı, gələcəyi naminə bir araya gəlməli və bu məsələləri müzakirə etməlidirlər. Düşünürəm ki, Azərbaycanda və Gürcüstanda mövcud olan nümunəvi tolerantlıq Cənubi Qafqazda sülhün və bərabərliyin, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunmasına zəmin yarada bilər. Bunun üçün bütün ölkələrin siyasi liderləri siyasi iradə ortaya qoymalı, xalqlarımızın gələcəyi naminə “dəyirmi masa” ətrafında oturmalıdırlar”.

“Bu məsələdə təkcə Azərbaycanın və Gürcüstanın birliyi azdır” - deyə Z.Kvaçantridze vurğulayıb.


20:42 10.01.2016
Xəbər lenti
Bütün xəbərlər