KANAL24.AZ
Az Iw En Ru

Dövlət Gömrük Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Masallı şəhərində vətəndaşları qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

DGK Mətbuat Xidmətindən Kanal24-ə verilən məlumata görə, yanvarın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


21:11 08.01.2016
Xəbər lenti
Bütün xəbərlər