KANAL24.AZ
Az Iw En Ru

Verdiyi söz başına bəla oldu - yarıçılpaq küçələrə düşdü

Dilini dinc saxlamadı, şəhərin  mərkəzində yarıçılpaq qaçmalı oldu. Böyük Britaniyada məşhur olan yazıçı-jurnalist  Den Hociz  ictimaiyyət qarşısında verdiyi sözü tutmaq üçün, yağışlı havada  küçənin ortasına  yarıçılpaq vəziyyətdə çıxıb. Tanınmış simanı tanınmaz hala salan səbəb son seçkilərin nəticələri ilə bağlı mərc gələrək uduzmasıdır.

 

Son illər ölkənin nüfuzlu  mətbu orqanlarından birində yazdığı siyasi məqalələrlə tanınan Hociz  baş nazir Devid Kemeronun rəhbərlik etdiyi mühafizəkarlar partiyasına o qədər dəstək verir ki, həmin partiyanın parlament seçkilərində rəqiblərinə şans tanımayacağını iddia edib. Xüsusilə, nüfuzu sürətlə artan Müstəqillik Partiyasının lideri Naycel Farajın 6 faizdən çox səs toplamayacağını iddia edən yazıçı əks halda, şəhərdə çılpaq qaçacağını bildimişdi. Müstəqillik Partiyası isə gözləniləndən və yazıçının iddia etdiyindən 2 dəfə çox səs topladı. Beləliklə, hər kəsin diqqəti, verdiyi sözü tutub-tutmayacağı sual olaraq qalan yazıçıya yönəlib.

Ancaq Den Hociz sözünün ağası çıxıb. Alt paltarda Londonun yağışlı küçələri ilə o baş bu başa qaçan yazıçı sakinləri kifayət qədər təəccübləndirib. Bəziləri hətta onunla xatirə şəkli çəkdirməyə çalışıb.

 


21:22 08.01.2016
Xəbər lenti
Bütün xəbərlər