KANAL24.AZ
Az Iw En Ru

ATV kanalı yol polisini «vurdu»

YPX əməkdaşı avtomobili əlimizdən ala bilərmi?

ATV kanalı yol polisinin fəaliyyəti ilə bağlı sərt material təqdim edib. Avtosfer.az həmin materialı olduğu kimi təqdim edir:

Sürücü etiraz edib kömək istəsə də, yol polisi onun dediyini dinləmir. Ümumiyyətlə, Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı saxladığı avtomobili özü sürərək cərimə meydançasına aparır. Hətta bəzi hallarda sürücü də avtomobildən düşürlür. Bəs, qanun buna icazə verirmi? «Yol-patrul xidməti haqda» Təlimatda açıq-aşkar qeyd olunur ki, sürücü icazə verməsə yol polisi əməkdaşı sükan arxasına əyləşə bilməz. Yalnız maşın evakuatorla müvəqqəti duracağa aparıla bilər.

Hüquqşünas deyir ki, sürücü sükanı YPX əməkdaşına həvalə edirsə, deməli hansısa hadisə baş verərsə, sükan arxasında olan məsuliyyət daşıyır. 

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən hansısa münasibət bildirilmədi.

Qeyd edək ki, vaxtaşırı sosial şəbəkələrdə, mediada gedən görüntülərdəki faktlar YPX haqqında təlimatda yazılanlara əks olduğunu üzə çıxarır. Bəzən sürücülər yolda düşürülür və onların mənzil başına belə necə gedəcəyi heç kimə maraqlı olmur. Bu həm də sürücülərin öz hüquqlarını bilməməsindən sui-istifadə etməkdir.  


07:57 08.01.2016
Xəbər lenti
Bütün xəbərlər