KANAL24.AZ
Az Iw En Ru

Leyla Əliyevadan uşaqlara Milad - Hədiyyələri

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibətilə təbrik edib.

Kanal24-ün verdiyi məlumata görə, Leyla Əliyevanın təşəbbüsü ilə Fondun nümayəndələri 1000 kitab və şirniyyatı aztəminatlı ailələrin uşaqları və bazar günü məktəblərinin şagirdləri üçün Xilaskar İsa Kafedral Kilsəsinə veriblər.

Bayram günlərində Rusiyanın 30 regionunda uşaq evlərinin sakinləri də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından Milad hədiyyələri alıblar.

 


06:26 08.01.2016
Xəbər lenti
Bütün xəbərlər