KANAL24.AZ
Az Iw En Ru

Səhiyyə naziri: - Türkiyə Prezidentini zəhərləmək istəyiblər

Türkiyədə fəaliyyəti qadağan edilən Fəthullah Gülən hərəkatı Prezident Rəcəb Tayyib Ərdoğanı zəhərləməyi planlaşdırıbmış.

Kanal24 xəbər verir ki, "Haber7" qəzetinin verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.

Onun sözlərinə görə, hərəkatın bəzi üzvləri Türkiyənin dövlət strukturlarında işə düzələ biliblər: "Xüsusi xidmət orqanlarının sayıqlığı sayəsində hərəkatın üzvləri planlarını reallaşdıra bilməyiblər".

Bununla belə, nazir Prezidentin həyatına sui-qəsd planlarının təfərrüatını açıqlamayıb.


01:15 08.01.2016
Xəbər lenti
Bütün xəbərlər