Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin vəziyyəti pisləşib.
Belə ki, İbrahim Tatlısəs ağrıkəsici qəbul etdikdən sonra bədənində allergiya yaranıb və müğənni gecə saat 4-də xəstəxanaya yerləşdirilib.
Həkimlər onu müayinə etdikdən sonra səhhətinin yaxşılaşdığını bildiriblər.
Məşhur ulduzun müalicəsi davam etdirilir.