KANAL24.AZ
Az Iw En Ru

“Mirlər” Orduya yardım etdi

Qubadlı rayonunda yerləşən “Mirlər” müstəqil müəssisə Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat köçürüb. 

“Mirlər” 24 ildir fəaliyyət göstərir. Ordumuza və əsgərlərimizə zəfər qazanmağı arzu edirik və hər zaman maddi-mənəvi dəstək olmağa hazırıq. 

Məlumat üçün bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır. 

 


01:40 03.10.2020