KANAL24.AZ
Az Iw En Ru

Nazirdən səfərbərliyə cəlb olunan müəllimlərlə bağlı açıqlama

Hazırda "Məktəblərin dostu" layihəsinin əməkdaşları arasında döyüşlər üçün cəbhəyə yollananlar var.

Kanal24 xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, qanunda müəllimlərin əvəz edilməsi prosedurları var:

"Öz iradəsindən asılı olmadan dərslərdə iştirak etməyən müəllimlər əvəz edilir. Onlar arasında səfərbərliyə cəlb olunma olarsa, həmin müəllimlər əvəz ediləcək. Hazırda 65 yaşından yuxarı olan müəllimlər var ki, onlar da dərslərdə iştirak edə bilmir. Onların maaşı saxlanılmaqla əvəz edilir".


01:08 01.10.2020
Xəbər lenti
Bütün xəbərlər