KANAL24.AZ
Az Iw En Ru

Deputat: “Azərbaycanın İsraildə səfirliyinin açılmasının tərəfdarıyam”

“Xarici ölkələrdə nə qədər çox səfirlik açsaq, bizim üçün o qədər yaxşıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, İsraildə də bizim səfirliyimizin açılması çox vacibdir.

 

Deputat Fəzail Ağamalı deputat həmkarını dəstəkləyib:

“İsrail bizim ən yaxşı tərəfdaşlarımızdan biridir. İsraildə də səfirliyimizin açılmasının tərəfdarıyam”.


19:44 30.09.2020