KANAL24.AZ
Az Iw En Ru

"Bütün Ərəb dövlətləri İranla münasibətlərini kəsə bilər" - Siyasi ekspert

“İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı artmaqda davam edir. Belə davam etsə ola bilər ki, bütün Ərəb dövlətləri İranla münasibətləri kəssin”. Kanal24 xəbər verir ki, bunu İnterAz-a açıqlamasında siyasi-ekspert Arzu Nağıyev söyləyib.

Politoloq bildirib ki, bunun  həm iqtisadi, həm də siyasi cəhətdən özünü göstərməsi mümkündür: “Məlumdur ki, baş verənlər heç də səbəb kimi qiymətləndirilə bilməz və bu əsasən bəhanələrdir. Burada Rusiya –Türkiyə qarşıdurmasının və ya yaradılan ərəb koalissiyasının da rolu var. Rusiya İranla müttəfiqdir. Eyni zamanda Rusiya barışdırıcı mövqe tutmağa çalışır və bununla bağlı təkliflər irəli sürür. Yəni Səudiyyə Ərəbistanındakı şiə liderinin qətli və əksinə İranda səfirliyin dağıdılması bir bəhanədir. Bundan başqa Səudiyyə Ərəbistanında əsas neft yataqlarının yerləşdiyi ərazilərdə şiələr yaşayır. Unutmaq lazım deyil ki, Səudiyyə Ərəbistanı bizimlə strateji əməkdaş və Ermənistanla diplomatilk əlaqəsi mövcud 
olmayan müsəlman dövlətlərindən biridir. Onu da xüsusilə diqqətinizə çatdırım ki, bu cür hadisələrin baş verməsi Azərbaycan-İran münasibətlərinə təsir edəcəyinə inanmıram. Çünki İran bizim yaxın qonşumuzdur və milyonlarla həmvətənlərimiz orada yaşayır. İstər bu baxımdan, istərsə də siyasi maraqlardan bizə bu məslələr mənfi təsir edə, hər hansı diplomatik qalmaqal yarana bilməz”.


20:22 05.01.2016
Xəbər lenti
Bütün xəbərlər