KANAL24.AZ
Az Iw En Ru

Bu gün hörmətli İfixar bəy Piriyevin doğum günüdür

Bu gün hörmətli İfixar bəy Piriyevin doğum günüdür.

Onun 60 yaşı tamam olur. O, bir ömrün mənasını öz sadəliyində, səmimiyyətində, xalqına, Vətəninə xidmətdə görür, bu dəyərlərə sadiq qalır. İftixar bəy məsuliyyəti ilə, işgüzarlıqı, cəsarət və bacarığı ilə, yüksək təşkilatçılıq qabiliyyəti ilə peşəkarlıq adının ən uca zirvəsini fəth etmişdir. O, Respublikanın Əməkdar Mədəniyyət işçisi adına və Prezident mükafatına layiq görülmüş, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri səviyyəsinə yüksəlmişdir. Onun həyatdakı uğurları yalnız bununla bitmir. O, özünə rəngarəng, parlaq çalarlı bir həyat yolu seçmiş, bu yolu qəlbinin nuru ilə işıqlandırmışdır. İftixar bəy əzmi və mübarizliyi ilə, zəkasının qüdrəti ilə qarşılaşdığı çətinlikləri aradan qaldiraraq özünü mədəniyyət tariximizdə yüksək səviyyəli bir şəxsiyyət və sənətkar kimi tanida bilmişdir, Biz onu həm tanınmış bir aktyor, rejissor, şair, dramarurg, ictimayyət tərəfindən sevilən əməkdar mədəniyyət işçisi kimi tanıyir, həm də bir çox elmi əsərlərin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru kimi onunla fəxr edirik. Burada İftixar bəyin tərcümeyi halında məxsusi səhifə olan ulu öndər Heydər Əliyevin obrazını səhnədə, inandırıcı şəkildə, həyatda olduğu kimi canlandıdığını da qeyd etməyi özümüzə borc bilirik. Mill teatrda öz sənət yolu ilə, fərqli yaradıcılıq üslubu ilə seçilən, zəngin mənəvi dünyası ilə mədəniyyət aləmində özünəməxsus mövqe tutan İftixar Piriyev, bu gün "Teatr mənim həyatımdır" devizi ilə yaşayıb yaradır. İndi o, həyatının və yaradıcılığını ən parlaq və müdrik dövrünü yaşayır. Bu yolda ona üğürlar arzulayır, ona can saqlığı, yeni -yeni yaradıcılıq zirvələrini fəth etməyi diləyirik

İsrail və Azərbaycan yazarlar birliyinin üzvü , şairə Batsion Abramov

 

 


19:38 07.09.2020
Xəbər lenti
Bütün xəbərlər