KANAL24.AZ
Az Iw En Ru

Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər

"Valideynlər övladlarının həftənin hansı günündə dərsə gələcəyini məktəbdən öyrənəcəklər".

Bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, tədris planları hazırlanaraq məktəbə göndəriləcək:

"Ola bilər ki, eyni sinifdə oxuyan şagirdlər dərsə həftənin müxtəlif günlərində gedə bilərlər. Sentyabrın 8-dən sonra məktəbə müraciət etməklə bu tarixi öyrənmək olar".

Nazir əlavə edib ki, məktəblərin açılması və açıldıqdan sonrakı davranışlara aid metodik göstəricilərin yaxın günlərdə təsdiqlənərək ictimaiyyətə açıqlanması gözlənilir.


01:57 28.08.2020
Xəbər lenti
Bütün xəbərlər