KANAL24.AZ
Az Iw En Ru

Psixoloq Səfa Odərin Azərbaycan Respublikasının mədəniyyət və incəsənət xadimlərinə, ziyalılarına müraciəti.

14.07.2020 tarixində, minlərlə gənc şəhidlər xiyabanına yürüş edib, milli məclisin önündə toplandılar. Çox böyük bir izdiham və qürur verici mənzərə idi. Lakin sonda yaşanan xoşagəlməz hallar həqiqətən məni bir vətənpərvər insan kimi kədərləndirdi. Bu hallar baş verməməli idi. O gecə mən orada idim. Emosianal gənclər meydanda qarabağ və şəhidlərimiz haqda şüarlar səsləndirirdilər. Onların psixoloji, emosianal hallarından isdifadə edən bəzi təxribatçılar isə tez tez siyasi və dini şüarlar ortaya atmağa çalışırdılar. Mən bir neçə dəfə bu vəziyyətlərə müdaxilə etdim. Lakin mən adi vətəndaş kimi bütün kütləyə təsir edə bilməzdim. Bunun üçün şərait də yox idi. Nəticədə təxribatçılar öz istəklərinə çatdılar. Bütün bu xoşəgəlməz halların yaşanmasına isə, kütlənin psixoloji və idealoji olaraq idarə olunmaması oldu. O gecə meydanda el ağsaqqalıları, millət vəkilləri, tanınmış simalar olsaydılar təxribatda olmayacaqdı. Dövlətin mədəniyyət və incəsənət xadimləri , ziyalıları xalqın, cəmiyyətin idarə edilməsində böyük təsirə malikdirlər. Hörmətli ziyalılarımız, mədəniyyət və incəsənət xadimlərimiz üzümü sizə tutub, sizə müraciət edir və xahiş edirəm xalqın emosianal, psixoloji gərgin zamanlarında öz xalqınızı meydanlarda nəzarətsiz buraxmayın. Xalqın yanında olun, xalq ilə onun pirezidenti arasında olan birliyə, dəstək olun və bu birliyi dahada gücləndirin. İmkan verməyin bəzi təxribatçı dini və siyasi ünsürlər xalqın meydanlardakı emosian vəziyyətindən öz xeyirləri üçün istifadə etsinlər.Bizim son günlərdə səslənən ümumxalq şüarımız nədir ?. Biz birlikdə güclüyük!. Gəlin bu birliyimizi qoruyub dahada gücləndirək. Unutmayın ki, xalq ilə dövlət və dövlət rəhbəri arasında birliyin yaranmasında mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların çox böyük mənəvi – psixoloji təsirləri vardır. Mən bir psixoloq kimi bunu çox yaxşı anladığım üçün Sizə müraciət edirəm.
Hörmətlə psixoloq Səfa Odər. (Səfalı Bağırov)


19:19 17.07.2020
Xəbər lenti
Bütün xəbərlər