KANAL24.AZ
Az Iw En Ru

Xınalığa leysan yağıb - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Kanal24-ə verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda,Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.


01:12 15.07.2020
Xəbər lenti
Bütün xəbərlər