Ədliyyə Nazirliyinin vəzifələri artırılıb.
Kanal24-ün məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.
Fərmana əsasən, nazirlik həm də yuxarıda qeyd edilən halları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirəcək.