KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava proqnozu

6 iyul üçün gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

 
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 6 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.
 
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.  
 
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq. 
 
6 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 
 
Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz  23-28 dərəcə  isti olacaq.  
 
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

19:36 05.07.2020
Xəbər lenti
Bütün xəbərlər