KANAL24.AZ
Az Iw En Ru

Dəniz nəqliyyatı ilə 7,2 min nəfər sərnişin daşınıb

Dəniz nəqliyyatı ilə 2015-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 6,2 milyon ton təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 31,4 faiz azdır. Daşınan yüklərin 66,4 faizi neft məhsullarıdır.

Dövlət Statistika Komitəsindən Kanal24-ə bildirilib ki, dəniz limanlarında 7,9 milyon ton yükləmə-boşaltma işləri görülüb. Yüklərin 94,2 faizini tranzit yüklər təşkil edib. Dekabr ayının 1-nə qədər limanlarda göndərilmək üçün 113,8 min ton idxal yükləri olub.

Dəniz nəqliyyatı ilə bu ilin 11 ayı ərzində 7,2 min nəfər sərnişin daşınıb.


00:15 01.01.2016