Azərbaycan Respublikasında koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kanal24-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.