KANAL24.AZ
Az Iw En Ru

İcra başçısı iki şöbə müdirini işdən çıxardı

Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov iki şöbə müdirini işdən çıxarıb.

 
Kanal24 xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, E.Həsənovun əmri ilə, Yasamal Rayon Icra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdanov Rüfət Saday oğlu, Rayon təsərrüfatı şöbəsinin müdiri Həsənov Seyran Gülməmməd oğlu tutduqları vəzifədən azad ediliblər.
 
Başçının digər əmri ilə, Teymurov Xaqan Aydın oğlu Yasamal Rayon Icra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Qarayev Cəmil Azər oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri təyin olunublar.

22:26 08.06.2020
Xəbər lenti
Bütün xəbərlər