KANAL24.AZ
Az Iw En Ru

Alı Alıyev məcburi köçkünlərlə görüşdü

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Horadiz şəhərində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış rayondan olan məcburi köçkünlərlə görüş keçirib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Bakıda keçirilən görüşdə Milli Məclis Sədrinin müavini, millət vəkili Bahar Muradova iştirak edib. Bakı şəhərində keçirilən görüşdə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış rayondan olan şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edib, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Milli Məclis Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova rayon sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ili münasibəti ilə təbrik edib. B.Muradova 2015-ci ilin respublikamız və Füzuli rayonu üçün uğurlarla, əlamətdar hadisələrlə yadda qaldığını, 2016-ci ildə də bu uğurların davam edəcəyinə inandığını vurğulayıb.

Görüşdə rayon sakinlərinin müraciət və təklifləri dinlənilib məcburi köçkünlər tərəfindən qaldırılan məslələrə baxılaraq yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb aiddiyati üzrə göndərilib.

Alı Alıyev məcburi köçkünlərlə görüşdü -  Fotolar
Alı Alıyev məcburi köçkünlərlə görüşdü -  Fotolar
Alı Alıyev məcburi köçkünlərlə görüşdü -  Fotolar

 


18:03 29.12.2015
Xəbər lenti
Bütün xəbərlər