KANAL24.AZ
Az Iw En Ru

Əli Həsənovdan ABŞ əleyhinə layihəyə - Reaksiya

Biz Kristofer Smitin qanun layihəsini bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk.

 

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə deyib.

 

Ə.Həsənov qeyd edib ki, K.Smitin anti-Azərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur:

 

"Düşünürük ki, ABŞ-ın maraqlarını, Azərbaycanla münasibətlərinin, tərəfdaşlığının əhəmiyyətini dəyərləndirən konqresmenlər bu layihəyə səs verməyəcək. O təşəbbüs K.Smitin təşəbbüsü olaraq da qalacaq".

 

Ə.Həsənov deyib ki, Azərbaycan tərəfindən təqdim olunan layihəyə də bizim münasibətimiz ABŞ-dakı bir konqresmenin təşəbbüsü kimidir:

 

"Yəni hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi ümumi müzakirələrdən sonra olmalıdır və deputatlar bu təşəbbüslərin iki dövlətə verə biləcəyi xeyri, vura biləcəyi ziyanı dəyərləndirməlidirlər. Bundan sonra münasibət bildirməlidirlər. Ona görə də istər ABŞ-dakı anti-Azərbaycan aksiyasına, istər Azərbaycandakı anti-Amerika layihəsinə bizim hakimiyyətin münasibəti eynidir".


00:46 26.12.2015
Xəbər lenti
Bütün xəbərlər