KANAL24.AZ
Az Iw En Ru

SOCAR Tbilisidə yeni xidmət mərkəzi açdı

Dekabrın 25-də Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia Petrolium” şirkəti Tbilisinin Vake rayonunun Çolokaşvili küçəsində yeni xidmət mərkəzini açıb.

 

İki böyük xidmət mərkəzinin birləşməsi nəticəsində yaradılmış mərkəzdə müştərilərə universal operatorlar xidmət göstərəcəklər. “SOCAR Georgia Petrolium”un məqsədi hər bir müştəriyə fərdi yanaşmanı təmin etmək, xoş atmosfer yaratmaq və yüksək keyfiyyətli xidmət göstərməkdir.


22:17 25.12.2015