Kanal24 iki qurumun əməliyyat keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi  barədə araşdırma edib. Məlum olub ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2005-ci il 18 fevral tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi yaradılıb.