Kanal24 xəbər verir ki, idmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı “İnstagram”da foto paylaşıb.

O, fotoya belə şərh verib:

“Allah qəlbləri görüb, onu mükafatlandıran Allahdır. Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub yıxılıb-durduğunda, ona yolun sonuna kimi dözüm verən Allahdır. Allah dualarımızı qəbul etsin”, - deyə qeyd edib. İzləyicilər isə tezliklə idmançının azadlığa çıxması üçün dua etdiklərini yazıblar.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.