KANAL24.AZ
Az Iw En Ru

Bakıda postların sayı kəskin azaldıldı

Bakı şəhərində xüsusi karantin rejiminə görə yoxlama postlarının sayı kəskin dərəcədə azaldılıb.

Kanal24-ün verdiyi xəbərə görə, bu gün səhər saatlarından başlayaraq sürücülərin postlarda yoxlanılması üçün quraşdırılan postlar yığışdırılıb. Məlumata görə, dünənə kimi şəhər ərazisində 70 yerdə post quraşdırılıbmış. Bu gün isə onların 58-i götürülüb və hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır.

Polis əməkdaşları bundan sonra daha çox piyadaların yoxlanılmasına üstünlük verəcəklər.

18:52 12.05.2020
Xəbər lenti
Bütün xəbərlər