Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Kanal24-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Mətləb İbrahimov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.