KANAL24.AZ
Az Iw En Ru

Ermənistan və İsrail karateçiləri Bakıya gəlməyəcək

25-29 mart tarixlərində Bakıda baş tutacaq 55-ci Avropa çempionatında iki ölkənin karateçilərinin çıxış etməyəcəyi dəqiqləşib.

Bunlar İsrail və Ermənistan karateçiləridir. Bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov saytımıza açıqlamasında bildirib:

“İsrail Karate Federasiyası WKF-ə Bakıya gəlməyəcəklərini rəsmi şəkildə bildirib. Bildiyiniz kimi, Avropa çempionatı Olimpiadaya lisenziya xalları verir. Lakin görünür, İsrail karateçiləri reytinqlə Olimpiadaya düşməyəcəklərindən, bu yarışa gəlməyi məsləhət bilməyib.

Həmçinin, Ermənistan Karate Federasiyasından da indiyədək Bakıya gələcəklərinə dair xəbər yoxdur. Artıq onların bu barədə məlumat verməsi üçün gecdir. Çünki erməni karateçilərin Bakıya səfəri xüsusi razılıq tələb edir. Onsuz da ermənilər karatedə çox zəifdirlər və demək olar ki, heç bir nəticələri yoxdur. Qafqazda ən yaxşı karate Azərbaycandadır”.


18:28 11.03.2020
Xəbər lenti
Bütün xəbərlər